ABŞ Olimpiya Komitəsi Zika virusu ilə əlaqədar ölkə idmançılarına xəbərdarlıq edib
Bakı, 8 fevral, AZƏRTAC
Əgər ABŞ idmançıları Zika virusu ilə bağlı təhlükə hiss edirlərsə, Rio-de-Janeyro Olimpiya Oyunlarına yollanmaya bilərlər.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, belə bir açıqlama ilə Birləşmiş Ştatların Olimpiya Komitəsi çıxış edib. Artıq qurum tərəfindən ölkədəki bütün idman federasiyalarına bu barədə xəbərdarlıq məktubu göndərilib.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax əminliklə bildirib ki, bu epidemiya bütün peşəkar atletlərin “Rio-2016”da iştirakına mane ola bilməz. Onun sözlərinə görə, bu problemin qarşısını almaq üçün hələ vaxt var.
Məlumat üçün qeyd edək ki, virus dünyanın bir sıra regionlarına - Asiya, Afrika, Cənubi və Şimali Amerika, eləcə də Sakit okean hövzəsi ölkələrində də yayılıb. Artıq 33 ölkədə virusun varlığı rəsmən təsdiqini tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]