ABŞ polisi seçki günündə baş verə biləcək iğtişaşlara hazırlaşır
Vaşinqton, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilir. Növbəti dördillik müddətə namizədlər ABŞ-ın indiki Prezidenti Donald Tramp və sabiq vitse-prezident Co Baydendir.
AZƏRTAC xəbər verir ki, ictimai rəy sorğularının nəticələrinə görə Co Bayden Prezident Trampı bir qədər üstələyir. Son günlər ərzində ölkə paytaxtında, həmçinin böyük şəhərlərdə patrul xidməti çəkən polis zabitlərinin sayı nəzərəçarpacaq dərəcədə artıb. ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi prezident seçkilərindən sonra başlanacağı ehtimal edilən iğtişaşlara hazırlaşır. Bir çoxları xüsusən Donald Trampın yenidən seçiləcəyi halda və ya mübahisəli nəticə zamanı iğtişaşların baş verəcəyini gözləyir. Ekspertlər hesab edirlər ki, prezident seçkilərinin hər hansı nəticələri iğtişaşların yeni dalğasına səbəb ola bilər. Vaşinqtonda və Nyu-Yorkda yaşayan sahibkarlar seçkilərdən sonra ehtimal edilən qarışıqlıqdan müdafiə olunmaq məqsədilə öz mağazalarının vitrinlərini bağlayırlar.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]