ABŞ Polşanı Avropa İttifaqının gələcək lideri kimi görmək istəyir
Bakı, 21 dekabr, AZƏRTAC
Birləşmiş Ştatlar Polşanın Avropa İttifaqının liderinə çevrilməsini istəyir.
AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşündən sonra “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib.
Ceyms Obrayen yeni Polşa hökumətinin silah tədarükü üzrə ABŞ-la bağlanan müqavilələri qüvvədə saxlamaq niyyətini təsdiqləyib. Amerikalı diplomat, həmçinin Baş nazir Donald Tuskun dövründə Polşa-Almaniya münasibətlərinin yaxşılaşacağına və Varşava ilə Kiyev arasında problemlərin həllinə ümid bəslədiyini bildirib.
Xatırladaq ki, dekabrın 13-də Polşanın yeni Baş nazirinin və Nazirlər Kabinetinin yeni tərkibinin andiçmə mərasimi keçirilib. Donald Tusk çıxışı zamanı Polşanın Avropa Birliyində nüfuzunu bərpa etməyə çalışacağını, həmçinin ABŞ-ın sadiq və etibarlı müttəfiqi olaraq qalacağını vəd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]