ABŞ Prezidenti Donald Tramp İrana təşəkkür edib
Tehran, 5 iyun, AZƏRTAC
ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti, İranda casusluqda ittiham edilərək həbs olunan Maykl Uayt azadlığa buraxılıb.
AZƏRTAC xəbər verir ki, iki il əvvəl həbs edilən keçmiş zabit İsveçrənin İrandakı səfirliyinin vasitəçiliyi ilə azad olunub.
İran mətbuatı yazır ki, zabitin azad edilməsi İsveçrə səfirliyinin vasitəçiliyi ilə ABŞ və İran rəsmiləri arasında əldə olunan razılığa əsasən baş tutub. Həmin razılığa əsasən, ABŞ professor Sirus Əsgərini, İran isə Maykl Uaytı azad edib.
Prezident Donald Tramp “Twitter”dəki səhifəsində bu barədə status paylaşaraq qeyd edib ki, zabitimiz azad olunub və tezliklə İsveçrə təyyarəsi ilə Vaşinqtona gətiriləcək. Donald Tramp M.Uaytın ailəsini də təbrik edib, İsveçrə səfirliyinə və göstərdiyi anlayışa görə İran hökumətinə minnətdarlığını bildirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]