ABŞ PREZİDENTİ VƏ İORDANİYA KRALI MÜSƏLMAN ÖLKƏLƏRİNİ ZORAKILIĞI DAYANDIRMAĞA ÇAĞIRIRLAR
Prezident fevralın 8-də Ağ evdə İordaniya kralı II Abdulla ilə görüşündə demişdir: “Biz azad mətbuatda dərc olunacaq materiallarla bağlı narazılığımızı bildirmək vasitəsi kimi zorakılığı rədd edirik. Mən dünya hökumətlərini zorakılığı dayandırmağa, xaricdə öz ölkələrinə xidmət göstərən günahsız diplomatlara hörmətlə yanaşmağa, onların mülkiyyətini və həyatını qorumağa çağırıram”.
Kral II Abdulla isə bildirmişdir: “Məhəmməd Peyğəmbəri, yaxud müsəlmanların hisslərini təhqir edən hər kəs cəzalandırılmalıdır”. Karikaturaların dərci ilə bağlı etiraz nümayişlərinin iştirakçıları isə öz baxışlarını dinc şəkildə ifadə etməlidirlər.