ABŞ QARA DƏNİZ HÖVZƏSİNDƏN AĞBALIĞIN VƏ ONUN KÜRÜSÜNÜN İXRACINI QADAĞAN ETMİŞDİR
Bir qədər əvvəl ABŞ Xəzəryanı ölkələrdən – Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistandan ağbalıq və onun kürüsünü idxal etməyəcəyini bildirmişdi.
Xidmətin məlumatında deyilir ki, qadağa həmin ölkələr nərəkimilərin mühafizəsi və qorunub saxlanması haqqında qanunların və görülən tədbirlər barədə sənədlərin surətini təqdim etdikdən sonra götürüləcəkdir. Sənəddə bildirilir ki, Xəzər dənizi və Qara dəniz hövzələri ölkələri təbiəti mühafizə üzrə regional proqramlarla bağlı ciddi irəliləyişə nail olmayınca, onların ağbalığı və onun kürüsünü ABŞ-a ixrac etməsinə icazə verilməyəcəkdir.
İdxalın dayandırılması təkcə kommersiya əlaqələrinə deyil, həm də fərdi şəxslərə aiddir. İndiyədək turist “şəxsi məqsədlərlə” ABŞ-a 250 qram kürü apara bilərdi. Eyni zamanda, indiyədək ABŞ-a gətirilmiş ağbalıq və onun kürüsü hələ 18 ay satıla bilər. Xidmətin məlumatına görə, qadağa digər nərəkimilərə, o cümlədən uzunburun balığa və ya nərə balığına aid deyildir.