ABŞ Rusiya ilə silah ticarətinə qadağa qoyub
Bakı, 17 mart, AZƏRTAC
ABŞ Rusiyanı silah ixracının və idxalının tam qadağan olunduğu ölkələrin siyahısına daxil edib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin saytında dərc olunan sənədə əsasən, qərar martın 18-dən qüvvəyə minir.
“Birləşmiş Ştatların siyasəti Rusiya üçün nəzərdə tutulan müdafiə məhsullarının və xidmətlərinin ixracına və ya digər icazələrə lisenziya verilməsindən imtinanı nəzərdə tutur”, - deyə sənəddə bildirilir.
Dövlətlərin kosmos sahəsində əməkdaşlığı çərçivəsində həyata keçiriləcək əməliyyatlar və sentyabrın 1-dək kommersiya kosmik uçuşları istisna təşkil edir.
Sənədə əsasən, Rusiya siyahıda Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Kipr, Konqo Demokratik Respublikası, Eritreya, İraq, Livan, Liviya, Somali, Cənubi Sudan və Zimbabve ilə bir sırada yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]