MƏDƏNİYYƏT
ABŞ Ssenaristlər Gildiyası beşaylıq tətili dayandırıb

Bakı, 28 sentyabr, AZƏRTAC
ABŞ Ssenaristlər Gildiyası təxminən beş ay davam edən tətilin dayandırılması barədə Kino və Televiziya Prodüserləri Alyansı ilə ilkin razılığa gəlib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tərəflər bu günlərdə razılaşmanı tam rəsmiləşdiriblər.
“Biz 2023-cü ilin yeni MBA, yəni, kontraktın son mətninin sonrakı işlənib hazırlanması şərtilə əməliyyatın bütün məqamları üzrə prinsipcə razılaşmaya dair ilkin razılığa gəlmişik. Biz çox böyük fəxrlə deyə bilərik ki, bu, bütün səviyyələrdə ssenaristlər üçün əhəmiyyətli faydalar və müdafiə ilə bağlı son dərəcə gözəl sövdələşmədir”, – deyə Gildiyanın bəyanatında deyilir.
Razılaşmanın detalları hələ ki açıqlanmır.
Qeyd edək ki, ABŞ-da Hollivud ssenaristlərinin tətili bu il mayın 2-də başlayıb. Mətn müəllifləri əmək şəraitinin yaxşılaşdırılması və əməkhaqqının artırılması barədə kinostudiyalarla razılığa gələ bilməyiblər.