ABŞ Ukraynaya “Patriot” sistemlərinin tədarükü üçün hazırlıq görür
Bakı, 4 yanvar, AZƏRTAC
ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin Kiyevə tədarükü üçün hazırlıqlar başlayıb.
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba jurnalistlərə bildirib.
“Patriot” komplekslərinin tezliklə Ukraynaya çatdırılmasını gözləyirik. Artıq həmin sistemlərin tədarükü ilə bağlı hazırlıqlar başlayıb”, - Dmitro Kuleba belə deyib. Nazirin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski və müvafiq qurumlar silah tədarükü ilə bağlı yeni qərarlar üzərində işləyir.
Dekabrın əvvəlində ABŞ-ın hakimiyyət orqanları Ukraynaya ilk dəfə “Patriot” zenit raket kompleksi batareyasının da daxil olacağı 1,85 milyard dollarlıq yeni hərbi yardım paketini elan edib. Moskva isə öz növbəsində Vaşinqtona xəbərdarlıq edib ki, Kiyevə bu cür silahlar verməsin. Əks-təqdirdə “Patriot” kompleksləri Rusiya ordusunun qanuni hədəfinə çevriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]