ABŞ və Cənubi Koreya gələn həftə birgə hərbi təlimlərə başlayacaq
Bakı, 12 avqust, AZƏRTAC
ABŞ və Cənubi Koreya gələn həftə birgə hərbi təlimlər keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.
Təlimlər avqustun 19-dan 29-dək davam edəcək. Buraya kompüter simulyasiyasına əsaslanan komanda-qərargah məşqi, eyni vaxtda səhra və mülki müdafiə təlimləri daxildir.
“Cənubi Koreya-ABŞ alyansı kütləvi qırğın silahlarının qarşısını almaq və onlardan qorunmaq üçün öz imkanlarını və mövqelərini gücləndirməyə davam edəcək”, - deyə məlumatda qeyd edilib.
Təlimlərdə Cənubi Koreya və ABŞ hərbçiləri ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatının Komandanlığına üzv olan bir neçə ölkənin hərbi qulluqçuları da iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]