ACARISTANLA BAĞLI BÖHRAN BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİ TİKİNTİSİNİN SÜRƏTİNƏ TƏSİR GÖSTƏRMƏMİŞDİR
Gürcüstan ərazisində neft kəmərinin tikintisi cədvəl üzrə gedir, layihə üçün nəzərdə tutulmuş yüklər daşıyan gəmilərin yaxın vaxtlarda Batumi limanına gəlməsi gözlənilmir, neft kəməri üçün bundan əvvəl gətirilmiş avadanlıq və borular isə artıq daşınmışdır.
Bi-Ti-Si Ko-da bunu da təsdiq etmişlər ki, Acarıstandakı anbarlarda Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikintisi üçün nəzərdə tutulmuş onlarca kilometr uzunluğunda boru qalmışdır. Lakin hələlik onlardan istifadə etməyə o qədər də ehtiyac yoxdur, çünki qaz kəmərinin tikintisinə neft kəməri layihəsi üzrə işlər başa çatdıqdan sonra ya bu ilin axırında, ya da gələn ilin əvvəlində başlamaq nəzərdə tutulmuşdur.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan ərazisində ümumi uzunluğu 248 kilometrdir, 168 kilometr uzunluğunda inşaat dəhlizi artq hazırdır, yol boyu 140 kilometr uzunluğunda boru düzülmüş, 68 kilometr boru qaynaq edilmiş, 40 kilometr boru isə artıq xəndəyə qoyulmuş və üstü torpaqla örtülmüşdür.