İDMAN
ACES-in prezidenti: Bakının 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcəyinə inanıram VİDEO

Bakı, 21 aprel, AZƏRTAC
“Bakıda olmaqdan çox xoşbəxtəm. Azərbaycanı, xüsusilə də Gəncə şəhərini yaxşı tanıyıram”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) prezidenti və yaradıcısı Qian Fransesko Lupatelli “Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi” mövzusunda təşkil olunan mətbuat konfransında deyib.
O, Bakıya 9 fərqli ölkədən nümayəndə heyəti ilə gəldiklərini bildirib: “Bakı-2026 idman paytaxtına namizədlik üçün gözəl təqdimat nümayiş etdirdi. Buna görə gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirəm. İnanıram ki, Avropa Parlamenti tərəfindən Bakı 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcək”.