Açıq Avropa kuboku yarışında Azərbaycanı 13 cüdoçu təmsil edəcək
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 11-də İspaniyanın paytaxtı Madriddə açıq Avropa kuboku yarışı start götürəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı yarışda 13 idmançı təmsil edəcək. Böyük məşqçilər Elçin İsmayılov və Mehman Əzizovun rəhbərlik etdiyi kişilərdən ibarət milli yığma komandanın heyətində Nazir Talıbov, Rəşxan Baxşəliyev (hər ikisi 60 kq), Tofiq Əliyev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Zaməddin Poladov, Nurlan Osmanov (hər ikisi 73 kq), Kərim Məmmədov, Elcan Şəfiyev (hər ikisi 81 kq), Rüfət İsmayılov (90 kq) və İmran Yusifov (+100 kq) yer alıblar.
Qadınlardan ibarət milli komanda isə yarışa baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi ilə qatılacaq. Turnirdə qadın cüdoçularımız Leyla Əliyeva (48 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) güclərini sınayacaqlar.
Azərbaycan Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimləri Nazim Umbayev və Akif Tahirov turnirdə ədalət təmsilçiləri arasında yarışları idarə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]