Azərbaycan Dövlət İnformasiya Agentliyi

Adil Əliyev: Xalqımızın 30 il əvvəlki seçimi dövlətimizin qüdrətinin əsasını təşkil etdi

Adil Əliyev: Xalqımızın 30 il əvvəlki seçimi dövlətimizin qüdrətinin əsasını təşkil etdi

Bakı, 3 oktyabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının ən ağır günlərində hakimiyyətə gələrək ölkəmizin dağılmaq təhlükəsini aradan qaldırdı. Uzun illər davam edən hərc-mərclik, idarəedicilərin səriştəsizliyi nəticəsində dövlətimiz uçurumun tam kənarında idi. Xalq hakimiyyətdən ümidini üzmüş, hakimiyyətdəkilər isə öz mənafelərini ümummilli mənafelərdən üstün tutaraq öz ambisiyalarının əsirinə çevrilmişdilər. İqtidardakıların cəmiyyəti deqradasiyaya uğratmaq üçün bütün güclərini səfərbər etdiyi bir zamanda Ermənistanın ölkəmizə təcavüzü artmış, yüz minlərlə həmvətənimiz öz dədə-baba yurdlarını tərk etməyə məcbur olmuşdular. Hakimiyyət uğrunda gedən mübarizədə bir-birini əvəz edən səriştəsiz rəhbərlərin yarıtmaz siyasəti nəticəsində Azərbaycan tarixinin ən ağır günlərini yaşamaqda idi. Baş verən özbaşınalıqlar, xaotik ictimai-siyasi durum Ermənistanın təcavüzü və digər ağır hadisələrin yaşandığı bir zaman kəsiyi ölkəmizi parçalanmanın astanasına gətirmişdi.

Bu fikirlər Milli Məclis sədrinin müavini Adil Əliyevin “Xalqımızın 30 il əvvəlki seçimi dövlətimizin qüdrətinin əsasını təşkil etdi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir:

Cənubdan, şimaldan artan separatçılıq cəhdləri getdikcə kəskinləşir və qarşıdurmanı, parçalanmanı qaçılmaz edirdi. Hakimiyyətdəkilər isə baş verənlərə ümumiyyətlə reaksiya vermir, hər addımda daha yanlış bir qərar qəbul edərək ölkənin süqutunu tezləşdirirdilər. Vəzirov-Mütəllibov rejimi, Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən daxili və xarici düşmənlərlə yaradılmış birbaşa təmaslar cəmi 2 yaşı olan gənc respublikanın sonunu gətirirdi. Xalqın belə ağır günlər yaşadığı bir dövrdə Azərbaycanı özü qədər sevən Ümummilli Lider Heydər Əliyev xilaskar missiyanı öz üzərinə götürdü. Xalqımız onu hakimiyyətə dəvət etdi və növbəti dəfə Azərbaycanı ağır günlərdən çıxarmaq və inkişaf yoluna qədəm qoyması kimi bir missiyanı ona həvalə etdi. Vətənini hər şeydən çox sevən Heydər Əliyev xalqını bu ağır günlərdə yalnız buraxmadı, onun təkidli tələbini qəbul etdi. Azərbaycan xalqı da Ulu Öndərin bu gün olduğu kimi, həmin gündə də ideyalarına sahib çıxdı. 1993-cü ilin 3 oktyabr tarixində elan edilmiş prezident seçkilərində qədirbilən Azərbaycan xalqı Heydər Əliyevə etimad göstərərək böyük səs çoxluğu ilə onu prezident seçdilər. Məhz 3 oktyabr tarixində Azərbaycan xalqının iradəsinin ifadəsi olan seçkilərdə xalq həm öz liderini seçdi, həm də tarixin bu anında öz xilaskarını müəyyən etdi. Prezident seçkiləri nəticəsində dövlətimizin süqutunun qarşısı alındı və seçkilərdən 7 gün sonra Azərbaycan xalqının qarşısında and içərək vəzifə səlahiyyətlərinin icrasına başlayan Ulu Öndərin bu addımı ilə ölkəmiz aydınlığa qədəm qoydu.

Ümummilli Lider Heydər Əliyev andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Ulu Öndər ömrünün sonuna qədər bu anda sadiq qalaraq, xalqının qarşısında götürmüş olduğu öhdəliyə dönmədən riayət etdi.

Bizim üçün olduqca vacib olan tarixi dönüş nöqtəsində Ümummilli Liderin ilk atdığı addımlardan biri ölkəmizdə ictimai-siyasi sabitliyin təmin edilməsi oldu. Məhz həmin an üçün gündəlikdəki ilk prioritet məsələ baş verən qarşıdurmaların, hakimiyyətdaxili mübarizənin qarşısını almaq idi. Məhz bütün faktorlar da bu hadisələrdən asılı idi, Ermənistana öz təcavüzkar siyasətini uğurla həyata keçirməsinə imkan verən də belə hadisələr idi. Məhz 1991-1993-cü illər arasında hakimiyyətdə olanların səriştəsizliyi torpaqlarımızın işğalı ilə bərabər, Xocalı soyqırımını, Şuşa və Laçın hadisələrini özü ilə bərabər gətirmişdi. Nəticə etibarilə xalq olaraq ən ağır günləri keçirməyə məcbur olmuşduq. 1993-cü ilin oktyabr ayında isə xalqın ümidləri yenidən dirçəldi və məhz andiçmə nitqindən sonra Prezident Heydər Əliyevin bütün sahələrdəki uğurlu islahatlarının şahidi olduq. İctimai-siyasi sabitliyi təmin etməklə bərabər, düşmən ordusunun irəliləməsinin qarşısını aldı və nizami ordu yaradılması istiqamətində əməli addımlar atıldı. Sabitliyi təmin etmək məqsədilə ölkədə fəaliyyət göstərən müxtəlif silahlı qruplar zərərsizləşdirildi, günahkarlar cəzalandırılaraq ədalət bərpa edildi.

Hüquqi dövlətin yaradılması uğrunda gərgin iş aparan Ulu Öndər yeni qanunların qəbul edilməsi təşəbbüsü ilə çıxış etdi. Ölkədə baş verə biləcək bütün cinayətlərin qarşısının alınması istiqamətində tapşırıqlar verərək, daxildə təhlükəsizliyi tam təmin etdi. Ümummilli Lider öz çıxışlarında dövlət üçün ən vacib əlamətlərdən biri olan ədalət fenomeninə toxunaraq bildirirdi ki, “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Məhz bu sözlər məhkəmə-hüquq sahəsində aparılan islahatların əsas hərəkətverici qüvvəsinə çevrildi. Ölkədəki sabitlik bərqərar olunduqdan və düşmənin hücumu dayandırıldıqdan sonra ölkəmiz üçün prioritet olan növbəti vacib məsələ Azərbaycanın inkişafı idi.

Bu məqsədlə də Ulu Öndər xarici bazara çıxışı asanlaşdırmaq, ölkəmizə investisiya cəlb etmək məqsədilə xarici ölkələrlə işgüzar əlaqələr quruldu. Ölkəmizin xarici bazara çıxış əldə etməsində, investorların ölkəmizə cəlb edilməsində əsas məqsəd vətəndaşların rifah halının yüksəldilməsi idi. Olduqca çətin dövrlərdən keçən ölkəmizdə yüz minlərlə məcburi köçkünün evsiz qalması və müxtəlif problemlərin yeganə həllini yalnız sabitliyi təmin etməkdə və xalqın rifahını yüksəltməkdə görən Ulu Öndər bu istiqamətdə bütün addımları atırdı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmiz özünü etibarlı tərəfdaş kimi dünyaya nümayiş etdirdi, xarici investor və bu sahədə maraqlı olan dövlətlər Azərbaycanın yanında olmasını açıq-aşkar şəkildə bəyan etdilər. Bununla da dahi lider xarici siyasət sahəsində Qərbyönümlü diplomatiyanın əsasını qoydu. Bu siyasətin uğurlarını daha sonra qısa zaman kəsiyində görməyə başladıq. Belə ki, Ulu Öndərin bütün beynəlxalq tribunalardan Ermənistan hakimiyyətinin təcavüzkar siyasəti, Azərbaycan torpaqlarının işğalı ilə bağlı verdiyi tam, hərtərəfli məlumatlar artıq xarici ölkələrin, beynəlxalq təşkilatların diqqətini çəkmişdi. Ermənistanın işğalını pisləyən və Azərbaycan ərazilərini tərk etməyi tələb edən müxtəlif bəyanatların və qətnamələrin əsasını xarici siyasətdəki göstərilən uğurlar təşkil edirdi. Belə ki, 1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabonda ATƏT-in növbəti zirvə toplantısı keçirildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edildi. Ermənistan istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi.

Məhz belə taleyüklü məsələlərin həllində Azərbaycan gəncliyini unutmayan Ulu Öndər tez-tez gənclərlə görüşür, onları ictimai-siyasi həyatda fəal iştiraka dəvət edirdi. Müasir Azərbaycan gənclər siyasətinin əsasını qoyaraq, gənclərimizin elm, bilik əldə etməsinin vacibliyindən bəhs edər, müxtəlif bacarıqların inkişafına dövlətimiz tərəfindən tam dəstək olunması üçün bütün addımları atardı. Azərbaycan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin 2 fevral tarixində Gənclər Forumu keçirməklə, belə tədbir edən ilk ölkələrdən biri oldu. Gənclərimizə həsr edilmiş bu Forumda həm də Azərbaycan gənclər siyasətinin əsas cizgiləri müəyyən edildi.

Ulu Öndər çıxışında “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır” - deyərək, gənclərimizin milli-mənəvi dəyərlərimizə bağlı yetişməsinin önəminə və gənclərimizin dövlətə verdiyi böyük dəstəyə toxundu. Daha sonra Gənclər Gününün təsis edilməsi ölkəmizdə gənclər siyasətinə verilən yüksək dəstəyin nümunəsi oldu.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyaları altında yetişmiş Azərbaycan gəncliyi də öz növbəsində üzərinə düşən tarixi missiyanın öhdəsindən Vətən müharibəsində ləyaqətlə gəldi. Məhz Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun tərkibində ön cəbhədə döyüşdü, eləcə də informasiya müharibəsində gərgin əmək sərf etdi. Nəticədə tarixi Azərbaycan torpaqları düşmən işğalından azad edilərək, suverenliyimiz bərqərar edildi. Bu gün üçrəngli Azərbaycan bayrağı Vətən göylərində böyük məğrurluqla dalğalanır.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa, suverenliyini bərqərar və 30 ilə yaxın müddətdə işğalda qalmış torpaqlarını düşməndən azad etmiş qalib dövlətdir. Ölkəmiz qüdrətini dünyaya nümayiş etdirərək, yalnız regionun deyil eləcə də, dünyanın ən güclü dövlətlərdən biri olmasını təsdiq etmişdir.

Məhz Ulu Öndərin əsasını qoyduğu və görmək istədiyi qüdrətli Azərbaycan budur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib