ADMİU-da “Unutma. Unutdurma!” adlı elmi konfrans
Bakı, 27 fevral. AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan “Unutma. Unutdurma!” adlı elmi-praktiki konfrans keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə faciə qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.
Konfransda universitetin kulturologiya fakültəsinin dekanı Vasif Adilov Azərbaycan tarixində ən qanlı hadisələrdən olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını söyləyib.
Konfransda universitetin tarix müəllimi, həmin hadisələrin canlı şahidi Sahib Vəliyev Xocalı soyqırımının dəhşətlərini faktlarla diqqətə çatdırıb.
Sonda tələbələrin Xocalı faciəsi ilə bağlı hazırladıqları videoçarx nümayiş etdirilib, soyqırımı haqqında məruzələr dinlənilib, ədəbi-bədii kompozisiya təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]