ADNSU-da şəhidlərin əziz xatirəsi anılıb
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvara həsr olunmuş anma tədbiri keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid tələbələr Rahim Babayev, Canpolad Orucov və Ağabəy Novruzbəylinin barelyefləri önünə güllər qoyulub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru Mustafa Babanlı Vətən, torpaq, azadlıq yolunda həyatını qurban verən şəhidlərin xatirəsinin daim müqəddəs tutulduğunu söyləyib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Azərbaycanda törətdiyi qanlı hadisələrdən danışan rektor o müdhiş gecənin qan yaddaşımızdan silinməyəcəyini vurğulayıb. Qeyd edilib ki, imperiya ordusunun xalqımıza qarşı həyata keçirdiyi terror aktı insanlığa qarşı ən ağır cinayətdir.
M.Babanlı Azərbaycanın xoşbəxt gələcəyinə əminliyini ifadə edib.
Şəhidlərin valideynləri çıxış edərək, Vətən, torpaq, azadlıq yolunda canlarından keçmiş oğul və qızlarımızın tariximizin qəhrəmanlıq səhifələrini yazdıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]