İDMAN
ADNSU-nun məzun mütəxəssisləri tələbələrə seminar keçiblər
![](/files/galleryphoto/2022/1/1200x630/16492411431680017950_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16492411431284022545_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16492411435368724138_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16492411433583060248_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16492411432536321260_1200x630.jpeg)
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları, gənc mütəxəssislər Murad Abbaszadə, Nəzrin Rzayeva, Çingiz Manafov, Tural Abdullayev, Elşad Quliyev və Azərbaycan Texniki Universitetinin məzunu Ayaz Allahverdiyev İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin Proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alan tələbələrə seminar keçiblər.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, dosent Fərid Ağayevin dəvəti ilə universitetə gələn qonaqlar həmin fakültənin məzunlarıdır. Bakalavr və magistr səviyyəsini yüksək səviyyədə bitirmiş gənc mütəxəssislər hazırda “Wood PLC” şirkətinin əməkdaşlarıdırlar.
Seminarda çıxış edən mütəxəssislər uyğun olaraq təmsil etdikləri sahələr üzrə slaydlarla avtomatlaşdırma, mexanizmlərin idarə olunması, elmi biliyin inkişafı və onun təcrübəyə tətbiqi, karyeranın inkişaf etdirilməsi və onun yolları haqqında təcrübələrini bölüşüblər. Onlar uğur formulunun zamanında düzgün seçilməsinin müsbət nəticələrindən danışıblar.
Mütəxəssislər biliyin təcrübə ilə vəhdətinin vacibliyini vurğulayıblar.
Sonra tələbələrin sualları cavablandırılıb.