ADY Bakı-Ağstafa marşrutu üzrə qatar reyslərinin sayını intensivləşdirir
Bakı, 15 mart, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə martın 20-nə əlavə reys təyin edir.
ADY-dən AZƏRTAC-a bildirilib ki, müvafiq tarixdə Bakı Dəmiryol Vağzalından saat 08:25-də yola düşən qatar mənzil başına saat 13:20-də çatacaq.
Ənənəvi qrafik üzrə isə hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşən qatar saat 13:40-da təyinat nöqtəsinə çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]