AFFA-DA PÜŞKATMA MƏRASİMİ OLMUŞDUR
Bakı, 3 avqust (AZƏRTAC). AFFA-nın iqamətgahında 2009/2010-cu il mövsümü Azərbaycan çempionatının püşkatma mərasimi olmuşdur. Dörd dövrədən ibarət çempionatda 12 klub iştirak edəcəkdir. Reqlamentə əsasən, mövsüm hazırkı çempion “Bakı” və “Xəzər-Lənkəraran” komandalarının görüşü ilə açılacaqdır.
Birinci turda habelə “İnter” - “Karvan”, “Olimpik - Şüvəlan” - “Neftci”, “Turan” -“Qarabağ”, “Qəbələ - Simurq”, “Muğan”-“Standard” komandaları qarşılaşacaqlar.
Avqustun 14-də start götürəcək Premyer-liqanın reqlamentinə görə, cümə günləri 1, şənbə günləri 2, bazar günləri isə 3 matç keçiriləcəkdir. 2009/2010-cu il mövsümünün təqvimi yaxın günlərdə açıqlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]