AFFA-nın baş katibi Azərbaycanın U-19 yığmasının üzvləri ilə görüşüb
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də AFFA-nın baş katibi Elxan Məmmədov milli komandaların Təlim-Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, baş katib komandaya Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb. U-19-un baş məşqçisi Nazim Süleymanov oyunlara hazırlıq üçün yaradılmış şəraitə görə AFFA rəhbərliyinə təşəkkür edib. O, seçmə mərhələdə uğurlu çıxış etmək üçün hər bir futbolçunun səylərini əsirgəməməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı beşinci qrupun oyunları noyabrın 10-da, 12-də və 15-də Bakıda təşkil olunacaq. Yığmamız Bosniya və Herseqovina, Ukrayna və Türkiyə komandaları ilə mübarizə aparacaq.