AFFA-nın əməkdaşı beynəlxalq oyuna təyinat alıb
Bakı, 28 mart, AZƏRTAC
AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva UEFA tərəfindən yeni təyinat alıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, o, qadınlardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində keçiriləcək “Linköpings” (İsveç)-“Mançester Siti” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, “Linköpings”-“Mançester Siti” futbol matçı martın 28-də İsveçin Linköping şəhərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]