AFFA-nın İntizam Komitəsi üç klubu cəzalandırıb
Bakı, 12 mart, AZƏRTAC
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXVI turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Kəpəz” azarkeşləri “Neftçi” ilə oyunda matçın rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiklərinə görə Gəncə təmsilçisi 1000 manat cərimə edilib.
“Araz-Naxçıvan”la görüşdə 6 futbolçu sarı vərəqə aldığına görə “Turan Tovuz” 700 manat cərimələnib. Beş futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” isə 700 manat xərcə düşüb.
Naxçıvan təmsilçisinin futbolçusu Vüsal Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Bu, bölgə klubunu 3000 manat ziyana salıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]