AFFA-NIN NÖVBƏDƏNKƏNAR KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 15-də AFFA-nın növbədənkənar konfransı keçirilmişdir.
AFFA prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Elşad Nəsirovun sədrliyi ilə keçən iclasda, müxtəlif klubların və futbol ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
AFFA-nın Nizamnaməsinə edilən əlavə və dəyişikliklərdən sonra ölkə çempionatının ikinci dövrəsindən etibarən legioner limitinin 7 nəfər müəyyənləşdirilməsi qərara alınmışdır. Yəni oyun zamanı hər komandanın heyətində 7 əcnəbi futbolçu meydana çıxa bilər.
Konfransda klubların sifariş ərizəsi üçün ödədikləri rüsumların məbləği də dəyişdirilmişdir. Yerli futbolçu və məşqçilər sifariş ərizəsinə salınarkən komandaların ödədikləri rüsum ləğv olunmuşdur. Bundan sonra “A” və “Pro” kateqoriyasına malik əcnəbi məşqçilər də sifariş ərizəsinə salınarkən komandalar heç bir rüsum ödəməyəcəklər. Klublar hər bir legioner futbolçu üçün 8 min manat, “A” və “Pro” kateqoriyası olmayan əcnəbi məşqçilər üçün isə 10 min manat ödəməli olacaqlar. Bundan əlavə, Azərbaycan yığma komandasına çağırılan əcnəbi futbolçular öz klublarlında yerli oyunçu statusu daşıyacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]