AFFA-NIN PREZİDENTİ VETERAN FUTBOLÇULARLA GÖRÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, aprelin 24-də AFFA-nın prezidenti Rövnəq Abdullayev assosiasiyanın inzibati binasında AFFA-dan təqaüd alan veteran futbolçularla görüşmüşdür. R.Abdullayev bildirmişdir ki, görüşün məqsədi Azərbaycanda futbolun bugünkü durumu və gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq, bu sahədə veteranların təcrübəsindən bəhrələnməkdir.
Veteranların ölkə futbolunun inkişafında müstəsna xidmətlərini xüsusi qeyd edən AFFA prezidenti, onların təcrübəsinə gənc nəslin həmişə böyük ehtiyacı olduğunu bildirmişdir. R.Abdullayev AFFA tərəfindən Futbol Veteranları Fondunun yaradılmasını və fondun əsasnaməsinə uyğun olaraq assosiasiyanın maliyyə vəsaiti hesabına təqaüdlərin verilməsini Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsinin məntiqi nəticəsi kimi dəyərləndirmişdir. Ölkəmizdə futbolun inkişafı istiqamətində son illər həyata keçirilən tədbirlər barədə veteranlara ətraflı məlumat verən qurum rəhbəri onların arzu və təkliflərini dinləmişdir.
Sonda veteran futbolçulara təqaüd plastik kartları təqdim edilmişdir.
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]

