AFFA-nın vitse-prezidenti: Estoniya yığması ilə oyundan müsbət nəticə gözləyirik
Bakı, 10 oktyabr, AZƏRTAC
“Milli komandamız çox vacib oyunlara çıxacaq. Xüsusilə Estoniya yığması ilə matçdan müsbət nəticə gözləyirik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya yığmalarına qarşı keçirəcəyi oyunlar barədə danışarkən deyib.
Funksioner bildirib ki, hər şey futbolçuların öz əlindədir: “Arzulayıram ki, millimiz yaxşı əhvali-ruhiyyə ilə Vətənə qayıdandan sonra Avstriya yığmasına qarşı da güclü mübarizə aparsın. Futbolçularımıza həmişə dediyim bir söz var: ya ümidsizsiniz, ya da ümid sizsiniz. Bu cümlənin anlamını komandanın bütün üzvləri dərk etməlidirlər. Hər şey oyunçuların öz əllərindədir”.
Qeyd edək ki, oktyabrın 13-də səfərdə Estoniyanın qonağı olacaq Azərbaycan millisi bundan üç gün sonra Bakıda Avstriya yığmasını qəbul edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]