AFR KANSLERİ İSLAM DÜNYASI İLƏ DİALOQA HAZIRDIR
AZƏRTAC xəbər verir ki, AFR Kansleri Angela Merkel müsəlmanlar arasında qəbul olunmuş məcburi nikahı və “ləyaqətin qətli”ni pisləyərək, islamla “açıq və səmimi” dialoqa hazır olduğunu bildirmişdir.
Xanım Merkel alman qanunvericiləri qarşısında çıxış edərək demişdir ki, “İslamla dialoq böyük məna kəsb edir və biz bir-birimizi anlamağı öyrənməliyik”. Biz bunu açıq və vicdanla edəcək və fərqləri bir tərəfə atmayacağıq”.
Kansler həm də əmin etmişdir ki, onun hökuməti ekstremizmin, irqçiliyin və antisemitizmin bütün növləri ilə mübarizə aparacaqdır.