AFR Prezidenti pandemiya qurbanlarının xatirəsinə matəm mərasimi keçirilməsini təklif edir
Berlin, 7 sentyabr, AZƏRTAC
Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayer pandemiya qurbanlarının xatirəsinə matəm mərasimi keçirilməsini təklif edib.
AZƏRTAC xəbər verir ki, AFR-in dövlət başçısı “Redaktionsnetzwerk Deutschland” qrupunun nəşrlərinə müsahibəsində matəm mərasimi keçirilməsi təşəbbüsünü Bundestaqın, Bundesratın, Konstitusiya Məhkəməsinin və Federal hökumətin nümayəndələri ilə müzakirə etmək niyyətində olduğunu bildirib.
Prezidentin sözlərinə görə, yarım il ərzində ölkədə 9 min 300 nəfər koronavirusdan vəfat edib. O vurğulayıb ki, bu rəqəm digər ölkələrlə müqayisədə aşağı göstəricidir, lakin bu, il ərzində yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının sayından 3 dəfə çoxdur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.08.2026 [17:42]
Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO
- 10.08.2026 [16:17]