Afrika Millətlər Kubokunda 1/8 finalın ilk iştirakçıları bəlli olub
Bakı, 23 yanvar, AZƏRTAC
Kot-d'İvuarda təşkil olunan Afrika Millətlər Kubokunun qrup mərhələsində üçüncü tura start verilib.
AZƏRTAC xəbər verir ki, A və B qrupunun oyunlarından sonra pley-offun ilk iştirakçıları bəlli olub.
A qrupunda Ekvatorial Qvineya millisi turnirə ev sahibliyi edən Kot-d'İvuara 4:0, Nigeriya yığması Qvineya-Bisauya 1:0 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.
B qrupunda isə Kabo-Verde Misirlə, Mozambik Qana ilə 2:2 hesablı heç-heçə edib. Bu nəticələrdən sonra Kabo-Verde və Misir yığmaları pley-off mərhələsinə vəsiqə qazanıblar.
Fevralın 11-dək davam edəcək Afrika Millətlər Kubokunun mükafat fondu 7 milyon ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]