“AG Bank” və “NBC Bank”dakı əmanətlər üzrə kompensasiyalar “Azərbaycan Beynəlxalq Bankı” vasitəsilə veriləcək
Bakı, 1 iyun, AZƏRTAC
Lisenziyaları ləğv edilmiş "AG Bank" ASC və "NBC Bank" ASC-dəki qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə iyunun 16-dan başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov iyunun 1-də keçirdiyi mətbuat konfransında deyib.
E.Rüstəmov bildirib ki, həmin tarixdən bu iki bankda 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyalar, iyulun 15-dən isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyalar veriləcək. Bu banklarda agent olaraq “Azərbaycan Beynəlxalq Bankı” (ABB) seçilib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 2020-ci il 12 may tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də sığorta hadisəsi günü 2020-ci il aprelin 28-i müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]