Ağ ev: İran Ukraynadakı hərbi cinayətlərdə potensial şərik ola bilər
Bakı, 10 yanvar, AZƏRTAC
İran Ukraynadakı hərbi cinayətlərdə potensial şərik ola bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
Bildirib ki, ABŞ Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatlar zamanı istifadə etdiyi pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı İrana iqtisadi təzyiqləri artıracaq.
“Biz özümüz bu cür əməliyyatları çətinləşdirmək üçün həm Rusiya, həm də İrandakı təşkilatlara qarşı bir sıra müxtəlif sanksiyalar tətbiq etmişik. Onların həyata keçirmə üsulu fiziki müdaxiləni çətinləşdirir. Bununla belə, müxtəlif məqsədli vasitələrdən istifadə etməkdən çəkinməyəcəyik. Bu tip davam edən hərbi əməkdaşlığı pozmaq, ictimai rəy baxımından İranın xərclərini artırmaq, eləcə də iqtisadi təzyiq göstərməkdir”, - deyə C.Sallivan vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]