Ağcabədidə traktor elektrik dirəyinə çırpılıb, 1 nəfər ölüb
Ağcabədi, 27 iyul, AZƏRTAC
Ağcabədi rayonunun Qaraxanlı kəndində ölümlə nəticələnən hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb.
Hadisə zamanı traktorun pilləkənində dayanan həmkəndlisi Faiz Rzayev müvazinətini itirərək təkərin altında qalıb və ağır xəsarətlər alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Faiz Rzayev xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Tahir Ağaməmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:38]
Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
- 05.10.2026 [11:57]
“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır
- 05.10.2026 [11:50]
Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır
- 05.10.2026 [11:40]
AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək
- 05.10.2026 [10:29]