Ağcabədidə “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda elmi-praktik konfrans keçirilib
Ağcabədi, 27 fevral, AZƏRTAC
Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda filialın müəllimləri “Xocalı soyqırımı bəşəriyyətə və insanlığa qarşı cinayətdir”, “Azərbaycanlıların soyqırımının Xocalı səhifəsi”, “Xocalı soyqırımı... Qan yaddaşımız” mövzularında məruzələr edərək, 23 il əvvəl erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnika və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etməsindən, dinc əhaliyə qarşı törədilən kütləvi qırğından, həyata keçirilən vəhşiliklərdən danışıblar. Bildirilib ki, Xocalıda baş verən qətliam bəşər tarixində bənzəri olmayan faciədir.
Sonda əminlik ifadə olunub ki, gec-tez torpaqlarımız azad ediləcək, dövlət bayrağımız Şuşada, Xankəndində, Xocalıda dalğalanacaq.