Ağdamda şəhidin xatirəsinə abidə-bulaq kompleksi inşa olunub
Ağdam, 29 iyun, AZƏRTAC
Ağdam rayonunun Paşabəyli kəndində şəhid Məmmədov Səxavət Vahab oğlunun xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə şəhid ailələri, rayon icra hakimiyyətinin əməkdaşları, müharibə əlilləri, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. Çıxışlarda istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük müharibə kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, Səxavət Məmmədovun gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb.
Mərasim iştirakçıları abidə önünə əkil və gül dəstələri qoyub, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.