Ağdaşda 55 yaşında kişi küt alətlə qonşusu tərəfindən öldürülüb
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də saat 01 radələrində Ağdaş rayonunda 1968-ci il təvəllüdlü Hacıyev Araz Mahir oğlunun küt alətlə yetirilən xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən A.Hacıyevin qonşusu 1973-cü il təvəllüdlü Rüstəmli Rövşən Rüstəm oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [18:57]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:31]