Ağdaşda ağacəkmə aksiyası keçirilib
Ağdaş, 24 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC
Dekabrın 24-də Ağdaş Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin doğum günü ilə əlaqədar ağacəkmə aksiyası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Heydər Əliyev meydanı və Bakı–Qazax magistral avtomobil yolunun Yuxarı Ləki kəndi ərazisindən keçən hissəsində keçirilən aksiyada rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının rəhbərlikləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, partiya fəalları və könüllülər iştirak ediblər.
Aksiyada ekoloji mühitin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə 500 ədəd oleandr tingi əkilib. Əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib.