REGİONLAR
Ağdaşda şahmat yarışı keçirilir
![](/files/galleryphoto/2022/1/1200x630/16456157462451023682_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456157463965917352_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456157463918662126_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456157461521018087_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456157464807631507_1200x630.jpg)
Ağdaş, 23 fevral, AZƏRTAC
Ağdaşda rayon Gənclər və İdman İdarəsinin və UGŞİM-nın birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan yeniyetmə və gənclər arasında şahmat üzrə rayon birinciliyinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarış iştirakçıları öncə Şəhidlər xiyabanına gələrək torpaqlarımızın müdafiəsi, ərazi bütövlüyümüzün bərpası uğrunda həlak olan şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
UGŞİM-nin oyun zalında keçirilən yarışlar başlanmazdan əvvəl gənclər və idman idarəsinin rəisi Azad Gözəlov, UGŞİM-nin direktoru Vüsal Davudov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıya hücumu, 613 nəfər dinc sakinin, o cümlədən uşaqların, qadınların, qocaların amansızcasına qətlə yetirilməsi ilə əlaqədar həqiqətləri yarış iştirakçılarının diqqətinə çatdırıb, bu dəhşətli faciənin tariximizin qan yaddaşına yazıldığını söyləyiblər.
Sonra yarışlara start verilib. Üç gün davam edəcək rayon birinciliyində oğlan və qızlardan ibarət 60 nəfər şahmat həvəskarı iştirak edir. Sonda qaliblər rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunacaqlar.