Ağdərədə FHN-in avtomobili qəzaya düşüb, ölən və yaralananlar var
Bakı, 14 sentyabr, AZƏRTAC
Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd “KamAZ” markalı yanğınsöndürmə avtomobili qəza edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:31]
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
- 13.10.2026 [15:51]
ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür
- 13.10.2026 [15:45]
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO
- 13.10.2026 [14:42]
Azərbaycanda polad konstruksiyalar üzrə yeni elmi-texniki kitab nəşr olunub
- 13.10.2026 [14:27]