Agentlik: 1129 uşağa sosial xidmətlər göstərilir
Bakı, 11 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 1129 uşağa sosial xidmətlər göstərilir.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onlardan 773 nəfəri stasionar, 356 nəfəri isə yarımstasionar formada sosial xidmətlərlə əhatə olunur.
Bu xidmətlərə Agentliyin əlilliyi olan uşaqlar üçün və psixonevroloji sosial xidmət müəssisələrində, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi və uşaq evlərində, Sosial Xidmət Mərkəzlərində və digər müəssisələrdə göstərilən xidmətlər daxildir.
Müasir yaşayış və reabilitasiya şəraitinə malik olan həmin müəssisələrdə hər uşaqla bağlı fərdi inkişaf planı tərtib edilməklə sosial iş aparılır və sosial dəstək tədbirləri həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:54]
Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]