AĞIR ATLETİKA ÜZRƏ ÖLKƏ ÇEMPİONATI BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, yanvarın 10-da Milli Aviasiya Akademiyasının “Azal” idman klubunda ağır atletika üzrə ölkə çempionatı start götürmüşdür.
Azərbaycan Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti Vahid Nəzərov çempionatın açılış mərasimində çıxış edərək bütün idmançılara uğurlar arzulamışdır.
Bildirilmişdir ki, son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanda da böyük irəliləyiş baş vermiş, ölkəmizdə bir çox beynəlxalq yarışlar yüksək səviyyədə keçirilmişdir. Prezident İlham Əliyevin göstərişi ilə son illər ərzində respublikamızın bir çox bölgələrində onlarla olimpiya-idman kompleksinin tikilməsini diqqətə çatdıran natiq, bu istiqamətdə işlərin 2008-ci ildə də uğurla davam etdiriləcəyini vurğulamışlar.
Sonra ölkə çempionatının startı verilmişdir.
Yarışlarda Bakı, Sumqayıt, Gəncə, Qax, İsmayıllı, Lənkəran, Cəlilabad, Qazax, Yevlax, Goranboy və s. şəhər və rayonlardan 100-ə yaxın idmançı qüvvəsini sınayır.
Ölkə çempionatına yanvarın 12-də yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]