Ağstafa rayonunda ənənəvi şənbə iməciliyi
Ağstafa, 6 sentyabr (AZƏRTAC). Hər həftənin şənbə günləri olduğu kimi, sentyabrın 6-da da Ağstafa rayonunda ümumrayon iməciliyi keçirilib. AZƏRTAC xəbər verir ki, iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak ediblər.
İməcilik zamanı Ağstafa şəhərinin prospekt və küçələrində yaşıllıq sahələrinə xüsusi qulluq göstərilib, yol kənarları kol-kosdan təmizlənib.
Bundan əlavə, Bakı-Qazax avtomobil yolu və dəmir yolu xəttinin rayon ərazisindən keçən hissələri boyunca səliqə-sahman işləri həyata keçirilib.
Eyni zamanda, qəsəbə və kəndlərdə yollar və suvarma arxları məişət tullantılarından təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 11.06.2026 [12:27]
Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [12:16]
Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb
- 11.06.2026 [10:47]
Culfada yaşayış binasında yanğın olub VİDEO
- 11.06.2026 [08:46]