Ağsuda avtobusda tibbi maskadan istifadə etməyən şəxslər cərimələniblər
Bakı, 1 iyul, AZƏRTAC
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Şamaxı rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusu saxlayıblar. Bu zaman sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədikləri, eləcə də ara məsafəsi gözləmədən əyləşdikləri müəyyənləşib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabirabaddan Ağsu və Şamaxı rayonlarına gəzmək məqsədilə gələn gənclərə tibbi maskadan istifadənin zəruriliyi və ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar sosial izolyasiya qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.
Sürücü və sərnişinlər barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimələniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]