AKADEMİK AVARÇƏKƏNLƏRİMİZİN DÜNYA ÇEMPİONATINDAKI İLK RƏQİBLƏRİ MÜƏYYƏNLƏŞDİ
Bakı, 5 avqust (AZƏRTAC). Fransanın Briv-la-Qayard şəhərində start götürən akademik avarçəkmə üzrə yeniyetmələr arasında dünya çempionatında Azərbaycanı təmsil edən Teymur Kutseba-Aleksandr Qlotov duetinin seçmə mərhələdəki rəqibləri müəyyənləşmişdir. Azərbaycan Milli Avarçəkmə Federasiyasından bildirmişlər ki, ikinəfərlik sükansız qayıqda yer alan 17 yaşlı avarçəkənlərimizin rəqibləri Ernestas Zarskis-Rolandas Maskinkas (Litva), Anis Tekuk - Lies Kasdi (Əlcəzair), Vu Min Park - Donq Jin Kim (Cənubi Koreya), Anibal Aravena Qarsiya-Luis Saumann Salas (Çili), Yasin Xan-Muneş Kumar (Hindistan) cütlükləri olacaqlar.
Reqlamentə əsasən, ilk 4 yeri tutacaq avarçəkənlər dörddəbir finala, sonrakı 2 iştirakçı isə təsəlliverici mərhələyə vəsiqə qazanacaq.
Qeyd edək ki, Kutseba-Qlotovun çıxış etdiyi kateqoriyada ümumilikdə 26 ölkə mübarizə aparır. Avqustun 8-də keçiriləcək finalda ilk 5-liyə düşəcək cütlüklər 2010-cu ildə Sinqapurda təşkil olunacaq Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]