Akademik Rafael Hüseynov türk dövlətləri diaspor gəncləri ilə görüşüb
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda “Türk Dövlətləri Diaspor Gənclərinin Birinci Forumu” keçirilib.
Forumda iştirak edən və dünyanın 15 ölkəsində yaşayan nümayəndələrin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin baş direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynovla görüşü baş tutub.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, akademik R.Hüseynov qonaqlar qarşısında Türk dünyası diaspor gənclərinin birliyinin bu günü və perspektivləri barədə geniş məruzə ilə çıxış edib və qonaqların çoxsaylı suallarını cavablandırıb.