Azərbaycan Dövlət İnformasiya Agentliyi

AKKAN SUVER: DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI BÜTÜN TÜRK DÜNYASI ÜÇÜN ƏLAMƏTDAR HADİSƏ OLACAQDIR

Dünya azərbaycanlılarının II qurultayı qarşısında

AKKAN SUVER: DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI

BÜTÜN TÜRK DÜNYASI ÜÇÜN ƏLAMƏTDAR HADİSƏ OLACAQDIR

Qardaş Türkiyənin ictimaiyyəti dünya azərbaycanlılarının qarşıdakı II qurultayına böyük əhəmiyyət verir. AZƏRTAC-ın xüsusi müxbirinin qurultayda ən çoxsaylı nümayəndə heyəti ilə təmsil olunacaq Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverlə bu önəmli tədbirlə bağlı müsahibəsini oxuculara təqdim edirik.

- Akkan bəy, Dünya azərbaycanlılarının II qurultayına hansı hisslərlə gedirsiniz?

- Mərmərə Qrupu Vəqfi bu foruma çox böyük əhəmiyyət verir. Türkiyədən tədbirdə iştirak etmək üçün Bakıya gedəcək 41 nəfərlik heyətə qrupumuzun üzvləri ilə yanaşı, Ədalət və İnkişaf Partiyasından 4, Cümhuriyyət Xalq Partiyasından 1, Ana Vətən Partiyasından 1 millət vəkili, habelə ölkəmizin ziyalıları və ictimai-siyasi xadimləri daxildirlər. Qeyd etməliyəm ki, bu forum təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün türk dünyasının mənafeyi baxımından çox mühüm hadisədir. Biz bu tədbirə qardaş Azərbaycanın gələcəyinə, xalqlarımızın tərəqqisi və birliyinə böyük inam hissi ilə gedirik.

- Siz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların həmrəyliyinin əsasını qoymuş və bütün türk dünyasının birliyinə əvəzsiz töhfələr vermiş görkəmli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərini həmişə yüksək qiymətləndirmisiniz.

- Haqlısınız. Mərhum Prezident Heydər Əliyev müstəqil, suveren Azərbaycanı beynəlxalq aləmdə tanıdan böyük şəxsiyyətdir. O, Azərbaycanı düşdüyü ağır böhran və parçalanmadan xilas etməklə yanaşı, öz sevgisi ilə bütün azərbaycanlıları qardaşlaşdırmağa nail olmuş bir liderdir. Azərbaycanlı təfəkkürünü erməni lobbisinə qarşı qoymağa müvəffəq olan Heydər Əliyev, ATƏT-in tarixi Lissabon sammitində onlara qarşı çox mühüm bir qələbəyə imza ataraq, qardaş Azərbaycan xalqının haqlı olduğunu bütün dünyaya sübut etdi. Dünyaya səpələnmiş azərbaycanlılar məhz onun səyləri sayəsində birlik nümayiş etdirməyə nail oldular. Heydər Əliyev olmasaydı, bu gün Qafqazda sabitlik və tərəqqi nümunəsinə çevrilən Azərbaycan da olmazdı. Dünyanın müxtəlif ölkələrindən 1200 insanın Bakıya - indiki foruma toplaşması da Heydər Əliyevin xidmətidir. Sevindirici haldır ki, onun nurlu ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

- Sizcə, Azərbaycan və Türkiyə, habelə diasporlarımız beynəlxalq aləmdə əməkdaşlıq çərçivəsində hansı məsələlər üzrə fəaliyyətlərini daha da gücləndirməlidirlər?

- İlk olaraq, biz erməni fitnəsinə qarşı və Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunması üçün daha fəal iş aparmalıyıq. Əlamətdar haldır ki, Türkiyədə iqtidarlı müxalifətli bütün ictimaiyyət Azərbaycanın mənafelərinə zidd heç bir addım atılmasına yol vermir. Qardaş xalqa dəstəyimiz hər zaman davam edəcəkdir.

İkinci mühüm istiqamət Türkiyənin qondarma “erməni soyqırımı”nda ittiham edilməsinə qarşı ölkələrimizin və diasporlarımızın birgə iş aparmasıdır. Bu məsələdə bizim Azərbaycanın dəstəyinə ehtiyacımız vardır.

Qeyd etməliyəm ki, hörmətli Prezidentimiz İlham Əliyev dahi şəxsiyyət Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına daha geniş anlam gətirdi. Azərbaycanın dövlət başçısının və xalqının Şimali Kipr türklərinə dəstəyi Türkiyədə çox yüksək qiymətləndirilmiş və böyük rəğbətlə qarşılanmışdı. Biz, habelə Azərbaycanı öz vətəni hesab edən türkiyəli iş adamlarına göstərilən qayğıya və yaradılan şəraitə görə də hörmətli Prezidentə minnətdarlığımızı bildiririk.

Dünya azərbaycanlılarının II qurultayı kimi mühüm tədbirdə iştirak edəcəyimdən duyduğum qürur hissini ifadə edərək, tədbirin bir daha təşkilatçılarına – Azərbaycan dövlətinə, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə dərin təşəkkürümü bildirirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti mərhələsi Lerikdə təşkil olunub

Turan Həsənova: Qala Əncir Festivalı hər il daha çox insanı cəlb edir VİDEO

Turan Həsənova: Qala Əncir Festivalı hər il daha çox insanı cəlb edir VİDEO

Norveç kral V Haraldla vidalaşır VİDEO

Norveç kral V Haraldla vidalaşır VİDEO

Deputat: Qala Əncir Festivalı Azərbaycanın zəngin kulinariya irsinin təbliğinə xidmət edir VİDEO

Deputat: Qala Əncir Festivalı Azərbaycanın zəngin kulinariya irsinin təbliğinə xidmət edir VİDEO

Görmə məsafəsi azalacaq, yollar sürüşkən olacaq – yol polisindən hava xəbərdarlığı

İran Hörmüz boğazından keçidi məhdudlaşdırıb: 30 gəmi saxlanılıb

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurub

Azərbaycanlı itkinlərin taleyi BMT tribunasından yenidən gündəmə gətiriləcək - Umud Mirzəyev

Qala Əncir Festivalı: dad, ənənə və sənət bir arada VİDEO

Qala Əncir Festivalı: dad, ənənə və sənət bir arada VİDEO

Şimali Kipr sahillərində baş verən bərə qəzasında 7 nəfər ölüb

Vətən səmasında son uçuş: itkin şəhidin ailəsi hələ də onun yolunu gözləyir

Klassik avtomobillərin yürüşü “Sea Breeze” ərazisində davam edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Şimali Kipr sahillərində batan bərədə azərbaycanlıların da olması ehtimal edilir

Zonquldak sahillərində aşkarlanan naməlum PUA zərərsizləşdirilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib VİDEO

Şimali Kipr sahillərində yüzlərlə sərnişin daşıyan bərə batıb

Çexiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, pilot ölüb

Gəncə stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb

Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

İslandiya əhalisi Aİ-yə üzvlük danışıqlarının bərpasının əleyhinə səs verib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir VİDEO

Sabah yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq

“Qarabağ” “Mançester Siti”nin sabiq futbolçusunu icarəyə götürüb

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Stavropolda avtobusun iştirakı ilə baş verən yol qəzasında altı nəfər həlak olub

Bu saata olan əsas xəbərlər

Xəbər agentlikləri Qırğızıstanda MDB ölkələrinin turizm potensialına informasiya dəstəyi məsələlərini müzakirə ediblər

Cəlilabadda ev yanıb

İsveçrədə musiqi festivalında silahlı insident baş verib, xəsarət alanlar var

Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan”ın bütün rəqibləri bəlli olub

Anadolunun istiqlal mübarizəsindən qlobal hərbi gücə: Türkiyə Zəfər Bayramını qeyd edir

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb VİDEO

Bu gün Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür

Media: “El-Nino” ölkələrə trilyonlarla dollar ziyan vura bilər

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib VİDEO

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib VİDEO

Nepalın fəlakət bölgəsində çayların səviyyəsinin qalxması barədə xəbərdarlıq edilib

Siciliya adasında yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradıb, 1 nəfər xəsarət alıb

Rusiyanın Xabarovsk vilayətində ərazilər suyun altında qalıb

Nigerdə vəziyyət stabilləşib

Türkiyədə güclü yağış fəsadlar törədib

Şimali Koreyanın müdafiə naziri vəzifəsindən kənarlaşdırılıb

Türkiyə XİN Nigerdə tərəfləri təmkinli olmağa çağırıb

Media: Netanyahunun oğlu sui-qəsd təhlükəsi ilə əlaqədar ABŞ-dən təxliyə edilib

Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb

Rusiyada sərnişin gəmisi saya oturub

Media: ABŞ ərzaq böhranı ilə üzləşə bilər

Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib

Laçın rayonunda ötən tədris ilinin nəticələri təhlil edilib

Bundesliqa: “Borussiya Dortmund” çempionata qələbə ilə başlayıb

Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb

Zəngilanda təhsil işçilərinin sentyabr konfransı

Qazaxda yeni tədris ili üçün prioritet istiqamətlər açıqlanıb

Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib

Azərbaycanın çimərlik güləşçiləri "See Breeze"dəki yarışı 7 medalla başa vurublar

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var VİDEO

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var VİDEO

Finlandiyada polis tərəfindən güc tətbiq edilməsi hallarının sayı artır

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək

Medianın İnkişafı Agentliyi bəyanat yayıb

Azərbaycanın deflimpiyaçı cüdoçusu tarixi uğura imza atıb

Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb

Bu saata olan əsas xəbərlər

Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans” Gənclər Mərkəzində milli rəqs dərnəyi

Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib

Xocalının Ballıca kəndində toy – Əmrah və Arzu ailə həyatına doğma yurdda başlayırlar

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

“Yay Fest 2026”nın “Startap və sahibkarlıq” düşərgəsi başa çatıb

“Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması Türk dünyasında yeni mərhələnin əsasını qoyur - ŞƏRH

“Politico”nəşri: Almaniya Leypsiq aeroportundakı dron insidentinə görə Rusiyanı ittiham etməyə hazırlaşır

AZAL: Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

Rusiyanın hava hücumu nəticəsində Buça rayonunda ölənlərin sayı 37 nəfərə çatıb

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

İqtisadiyyat İnstitutu Lütfi Zadənin elmi irsinə həsr olunmuş beynəlxalq konfransda təmsil olunub

Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir

Zəfər parkında mütaliə və melodiya: Fəal gənclərə kitablar hədiyyə olunub - FOTO

Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib

Bakı və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Nepalda təbii fəlakət nəticəsində itkin düşən Ukrayna vətəndaşlarının sayı 64 nəfərə çatıb

Rusiyanın hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

Magistral yol üzərində ikinci körpünün inşası davam edir

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb

Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək VİDEO

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək VİDEO

Asip Kaya: Naxçıvanda fəaliyyət göstərməkdən hər zaman qürur duydum VİDEO

Asip Kaya: Naxçıvanda fəaliyyət göstərməkdən hər zaman qürur duydum VİDEO

DGK: Külli miqdarda dərman preparatları aşkar edilib

Bu saata olan əsas xəbərlər

Ölkənin bəzi yerlərində şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

Fransada inflyasiya 2,4 faizə yüksəlib

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xatirəsi yad edilib