Akkreditasiya proseslərinə keyfiyyət təminatı üzrə ekspertlər dəvət edilir
Bakı, 17 mart, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ali məktəblərdə strateji planlama və innovasiya, elmi fəaliyyətin təşkili, maliyyə və insan resurslarının idarə olunması, tədrisin təşkili və idarə olunması kimi sahələrin ən azı biri üzrə təcrübəsi olan mütəxəssisləri akkreditasiya komissiyalarının fəaliyyətində iştirak etməyə dəvət edir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, TKTA mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin akkreditasiyasını təşkil edir. Təhsil müəssisələrinin fəaliyyətinin və təhsil proqramlarının icrasının qiymətləndirilməsi agentlik tərəfindən yaradılan və ödənişli əsaslarla fəaliyyət göstərən akkreditasiya komissiyaları tərəfindən həyata keçirilir.
Müraciət üçün agentliyin internet saytının (www.tkta.edu.az) “Ekspert bankı” bölməsinə daxil olaraq keçid vasitəsilə elektron qeydiyyatdan keçmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]