Aktauda Xocalı faciəsi ilə əlaqədar bir sıra tədbirlər keçiriləcəkdir
Aktau, 15 fevral (AZƏRTAC). Azərbaycanın Aktaudakı baş konsulluğu burada Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirəcəkdir.
Baş konsul Elxan Zeynalovun verdiyi məlumata görə, Xocalı faciəsi ilə əlaqədar keçiriləcək birinci tədbirdə diasporumuzun üzvləri, ikincidə isə Aktaunun ali təhsil ocaqları, bu şəhərdəki kollec və liseylərdə təhsil alan azərbaycanlı tələbələr iştirak edəcəklər. Hər iki mərasimdə Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədov çıxış edəcək, Xocalı faciəsi haqqında ətraflı məlumat verəcəkdir.
Tədbirlərdə faciə ilə əlaqədar filmlər göstəriləcək, soyqırımı ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi təşkil olunacaqdır.
Bundan əlavə, burada yaşayan azərbaycanlı tələbələr Aktauda “Xocalıya ədalət!” adlı aksiya keçirəcəklər.
Baş konsulluğun təşəbbüsü ilə bu günlərdə yaradılmış “Xocalı soyqırımı, Xocalıya ədalət!”-www.xocali.kz adlı saytın təqdimatı da keçiriləcəkdir.
E.Zeynalovun sözlərinə görə, artıq sayt fəaliyyət göstərir və hər gün yüzlərlə oxucu buraya daxil olur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]