Albaniyada turizm iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib
Bakı, 13 mart, AZƏRTAC
Son illərdə Albaniya Avropanın ən cəlbedici turizm istiqamətlərindən birinə çevrilib.
AZƏRTAC Albaniyanın ATA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Travel and Tour World” jurnalı məlumat yayıb. Məlumata görə, ölkədə turistlərin xərclədiyi hər avro yerli iqtisadiyyata təxminən 2,8 avro gəlir gətirir.
Turistlərin xərcləri yalnız hotel və kurortlarla məhdudlaşmır, restoranlar, bazarlar, nəqliyyat, kənd təsərrüfatı və sənətkarlıq kimi bir çox sahələrə müsbət təsir göstərir.
Bildirilir ki, Albaniyada hər dörd iş yerindən biri turizm sektoru ilə əlaqəlidir. Turist axını xüsusilə tarixi şəhərlər və təbiət məkanlarının yerləşdiyi regionlarda yerli iqtisadiyyatın inkişafına töhfə verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]