Azərbaycan Dövlət İnformasiya Agentliyi

ALİ BAŞ KOMANDAN TƏMAS XƏTTİNDƏKİ “N” HƏRBİ HİSSƏSİNDƏ OLMUŞDUR

ALİ BAŞ KOMANDAN TƏMAS XƏTTİNDƏKİ “N” HƏRBİ HİSSƏSİNDƏ OLMUŞDUR
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev aprelin 18-də Füzuli rayonunun ərazisində təmas xəttində “N” hərbi hissəsində olmuş, əsgər və zabitlərlə görüşmüşdür.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin Ali baş komandanı, Prezident İlham Əliyevə raport verdi:

-Cənab Ali baş komandan, qoşunlar döyüş tapşırığını yerinə yetirirlər.

Ali baş komandan səngərləri gəzdi, əsgərlərin hərbi hazırlıq vəziyyətini yoxladı.

Sonra Ali baş komandan hərbi xidmətdə fərqlənən bir qrup əsgəri orden və medallarla təltif etdi, onları qiymətli hədiyyələrlə mükafatlandırdı.

Daha sonra Prezident İLHAM ƏLİYEV əsgərlərlə çay süfrəsi arxasında söhbət etdi:

-Mən sizi mükafatlarla təltif etdim, sizi təbrik edirəm. Siz düşmənlə üz-üzə, ön mövqedə yaxşı xidmət edirsiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz xidmətlərinizi göstərirsiniz. Azərbaycan Ordusu son illər ərzində həm peşəkarlıq, həm də maddi-texniki bazasının möhkəmlənməsi baxımından böyük dərəcədə güclənmişdir. Biz bundan sonra da ordu quruculuğuna böyük diqqət göstərəcəyik, hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Vaxtilə Füzulu rayonunun işğal altına düşməsi nəticəsində bütün əhali rayonu tərk etməyə məcbur olmuşdur. Ancaq 1990-cı illərin əvvəllərində yaşanan o böhran artıq ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişindən sonra, onun səyləri nəticəsində həll olunandan sonra, müharibədə də dönüş yaranmışdı və bizim ordumuz 1993-cü ilin sonunda Füzuli rayonunun böyük bir hissəsini işğalçılardan azad etmişdir. O cümlədən bu bölgəni, Horadiz qəsəbəsini, - indi biz Horadizə şəhər statusu vermişik, - bunun nəticəsində əhalinin əksəriyyəti bu gün rayonda məskunlaşmışdır. Yeni qəsəbələr salınır, yeni evlər tikilir. Yəni bu onu göstərir ki, Azərbaycan Ordusu öz doğma torpaqlarını işğalçılardan azad etməyə qadirdir və biz 1993-cü ilin sonunda bunu etmişik. Amma ondan sonra atəşkəs sazişi bağlandı və müharibənin birinci mərhələsi başa çatmışdır. Amma müharibə qurtarmayıbdır. Biz müharibə şəraitində yaşayırıq və belə olan halda, ilk növbədə, ordu potensialımızı gücləndirməliyik. Bizim dövlət xərclərimizdə hərbi xərclər birinci yerdədir və bütün başqa sahələrə ayırdığımız xərcləri böyük dərəcədə üstələyir. Ölkəmiz qarşısında böyük işlər dayanır - iqtisadi, sosial məsələlər, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, qaçqınların və məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi - bütün bunları biz edirik.

Ancaq ən başlıca vəzifə bizim hərbi potensialımızı, ordu potensialımızı, müdafiə potensialımızı gücləndirməkdir. Bəli, bu, böyük vəsait, böyük maddi imkanlar tələb edir. Amma biz bunu edirik. Bu yaxınlarda Ermənistan tərəfi bəyan etmişdir ki, Azərbaycan neft pullarını silah alınmasına xərcləyir, silahlanma aparır. Birincisi, biz öz pulumuzu xərcləyirik. Burada həm neftdən, həm də qeyri-neft sektorunun inkişafından əldə olunan gəlirlər var. Ermənistandan fərqli olaraq, biz son dörd il ərzində dövlət xərclərimizi on dəfə artırmışıq, müdafiə xərclərimizi on dəfə artırmışıq və bu yaxınlarda yenə də onları artıracağıq. İkincisi, Ermənistan rəhbərliyi getsin, öz qəpik-quruşunu saysın. Hər halda, Ermənistandan fərqli olaraq, biz heç kimin forpostu deyilik. Biz öz vəsaitimizi xərcləyirik və haraya, necə xərcləyirik, bu, bizim öz işimizdir. Biz müstəqil dövlətik, Ermənistandan fərqli olaraq, sərhədlərimizi də xarici sərhəd qoşunları yox, öz əsgərlərimiz qoruyur. Onlardan fərqli olaraq bizim iqtisadi və sənaye potensialımız da öz əlimizdədir. Ermənistandan fərqli olaraq, biz dünyanı gəzib-dolaşmırıq ki, kimsə bizə kömək etsin. İki ölkə arasında prinsipial fərq bundan ibarətdir.

Atəşkəs sazişi bağlanandan sonra ölkəmizi demokratik əsaslarla inkişaf etdirmişik, iqtisadiyyatımızı gücləndirmişik, sosial məsələləri həll etmişik, ordumuzu gücləndirmişik. Onlar isə bu müddət ərzində yenidən yarımmüstəmləkə vəziyyətinə düşmüşlər. Bir də demək istəyirəm ki, bizim nəyi haraya xərcləyəcəyimizin heç kimə aidiyyəti yoxdur. İlk növbədə, torpaqlarımızı xarici dəstək hesabına, qeyri-ədalətli döyüşdə zəbt edən qüvvələrə bunun heç bir aidiyyəti yoxdur. Biz ordumuzu gücləndiririk, gücləndirəcəyik, bunun üçün nə lazımdırsa edəcəyik və torpaqlarımızın azad olunması uğrunda bütün tədbirləri görəcəyik. Bunu etmək üçün həm siyasi, həm xalqla iqtidar arasında birlik lazımdır, həm iqtisadi inkişaf, həm də ordu potensialı lazımdır. Azərbaycanda bu gün bunların hamısı var. Peşəkar ordu yaradılır və peşəkar hərbçilər yetişdirilir.

Siz birinci sıradasınız, ön mövqelərdəsiniz, düşmənlə üz-üzəsiniz. İlk növbədə, doğma Vətənimizin təhlükəsizliyi, ərazi bütövlüyümüzün bərpası məsələləridir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar və belə də olmalıdır. Arzu edirəm ki, bundan sonra da siz xidmətdə həmişə fərqlənəsiniz, böyük dövlət mükafatlarına layiq olasınız və Vətən uğrunda fəal xidmətlər göstərəsiniz.

SƏFƏR ƏBİYEV: Cənab Ali baş komandan, məruzə edirəm ki, Sizin qayğınız sayəsində Azərbaycan Ordusu inkişaf edir. Siz bu gün gördünüz ki, Azərbaycan Ordusunda çox böyük ruh yüksəkliyi var və qısa müddətdə, Sizin əmriniz olan kimi, işğal altındakı torpaqları azad etməyə qadirdir.

Əsgərlərimizin döyüş qabiliyyətinin yüksək olduğunu deyən müdafiə naziri Azərbaycan Ordusunun əsgər və zabitlərinin peşəkarlığının günü-gündən artdığını bildirdi. Buna misal olaraq, bu yaxınlarda Kosovoda sülhməramlı missiyalarını başa çatdıran hərbçilərimizin nümunəvi xidmətlərinin xarici ölkələrin hərbi mütəxəssisləri tərəfindən də yüksək qiymətləndirildiyini vurğuladı. Azərbaycan Ordusunun 90 illik yubileyinin olacağını xatırladan nazir Ali baş komandan, Prezident İlham Əliyevin göstərişi ilə yubileyə ciddi hazırlıq işlərinin görüldüyünü də bildirərək dedi: Bu yaxınlarda Azərbaycan Ordusunun 90 illiyi olacaq və Sizin göstərişinizlə biz hərbi parad keçirməyə hazırlaşırıq. Bu, Sizin Azərbaycan Ordusuna göstərdiyiniz böyük qayğının daha bir təzahürüdür. Buna görə Sizə minnətdarıq.

İLHAM ƏLİYEV: Sağ olun. Bu il biz ordumuzun yaranmasının 90-cı ildönümünü qeyd edəcəyik. Mən göstəriş vermişəm ki, bu yubiley Azərbaycanda çox geniş qeyd olunsun və əlbəttə ki, bu tədbirlər içərisində əsas hadisə hərbi parad olacaqdır. Bu barədə mən bir müddət bundan əvvəl Müdafiə Nazirliyinə göstəriş vermişəm və onlar indi hazırlıq işləri aparırlar. Uzun illərdir ki, Azərbaycanda hərbi paradlar keçirilmir. Düzdür, hər il biz Milli Ordumuzun yaranma günü ərəfəsində Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərbçilərlə görüşürük və bu günü, tarixi günümüzü qeyd edirik və o tədbirlər zamanı son illər ərzində aldığımız hərbi texnikanın bir hissəsi - hərbi təyyarələr, vertolyotlar nümayiş etdirilir. Siz də yəqin ki, televiziya ilə bunları görmüsünüz. Ancaq mən hesab edirəm ki, bu dəfə biz ölkəmizin ən böyük meydanında - Azadlıq meydanında hərbi parad keçirəcəyik. Həm öz qüdrətimizi, hərbi gücümüzü göstərək, həm də bütün Azərbaycan xalqı bunu görsün, bizim dostlarımız buna sevinsin, düşmənlərimiz də başa düşsünlər ki, Azərbaycan bölgədə ən güclü orduya malik olan ölkədir. Burada bütün cəhətlərdən - həm peşəkarlıq baxımından, həm də texnika baxımından ən güclü hərbi potensial bizdədir, ən güclü ordu bizdədir. Mən əminəm ki, paradın keçirilməsi və ümumiyyətlə, Azərbaycanda, Azərbaycan cəmiyyətində orduya, hərbçilərə, əsgərlərə, zabitlərə qayğının, hörmətin artması sayəsində biz həm vətənpərvərlik ruhunda tərbiyə olunan gənclərimizi düzgün yola yönəltmiş oluruq, həm də ki, bütövlükdə ölkəmizi gücləndiririk. Hər bir ölkənin uğurlu, hərtərəfli inkişafı üçün onun ordu potensialı başlıca rol oynayır. Elə ölkə yoxdur ki, inkişaf etmiş ölkə sayılsın, ancaq zəif ordusu olsun. Mümkün deyil. Eyni zamanda, kasıb ölkədə heç vaxt güclü ordu ola bilməz. Bax, ona görə biz öz iqtisadi gücümüzü artırırıq - iqtisadi islahatlar, böyük quruculuq-abadlıq işləri, sosial məsələlərin həlli, insanların rifah halının yaxşılaşması. Eyni zamanda, bundan daha da vacib olan ordu quruculuğu məsələlərinə diqqət göstəririk və göstərəcəyik. Siz bilirsiniz ki, mən dəfələrlə bu məsələlərlə bağlı müşavirələr keçirmişəm, hərbçilərlə görüşmüşəm, bütün ön mövqelərdə olmuşam - həm Tərtər istiqamətində, Ağdam istiqamətində, bu gün də Füzuli rayonunun ərazisində. Mən özüm şəxsən bütün bu işlərə nəzarət edirəm və tam qətiyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu öz doğma torpaqlarını hərbi yolla azad etməyə qadirdir. Biz sadəcə, hələ ki, ümid edirik ki, məsələ sülh yolu ilə həll oluna bilər. Düzdür, ümidlər getdikcə azalır, ancaq hələ ki, tam azalmayıbdır. Bununla bərabər, baxmayaraq ki, bu vaxta qədər çox böyük hərbi potensial yaratmışıq, ancaq onu daha da gücləndirməliyik. Bu yaxınlarda mən Nazirlər Kabinetinin iclasında hökumət qarşısında vəzifə qoymuşam ki, builki dövlət büdcəsinə əlavələr edilsin və hərbi xərclər 1 milyard 300 milyon dollardan, təxminən 2 milyard dollara qaldırılsın. Bu isə Ermənistanın bütün dövlət xərclərinə bərabərdir. Mən bu vəzifəni bir neçə il bundan əvvəl qarşıya qoymuşam və demişəm ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət büdcəsinə bərabər olmalıdır. Bu gün biz bunu təmin edirik.

Sizə isə mən bundan sonra da Vətən uğrunda xidmətdə uğurlar arzulayıram. Şərəfli işdir, həm əsgərlər və gizirlər, həm də zabitlər üçün bundan şərəfli iş ola bilməz. Bir daha demək istəyirəm ki, arzu edirəm, siz bundan daha böyük mükafatlara layiq olasınız və baxmayaraq ki, gələcəkdə hansı sahələrdə çalışacaqsınız, öz işinizlə Azərbaycanın inkişafına töhfənizi verəsiniz.

Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO