Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali Məhkəmə quldurluq və soyğunçuluq cinayətləri ilə bağlı yeni qərar qəbul edib

Ali Məhkəmə quldurluq və soyğunçuluq cinayətləri ilə bağlı yeni qərar qəbul edib

Bakı, 16 may, AZƏRTAC

Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən bildirilib.

İttihama görə, qabaqcadan əlbir olan iki şəxs qrup halında birləşib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 170.3-cü maddələrində nəzərdə tutulan əməli törədərək özgə əmlakını günün işıqlı vaxtı, iş vaxtı ərzində qapısı açıq, mülkiyyətçisi çöldə olan qızıl-zinət əşyalarının satışı mağazasına gəliblər.

Şəxs silah qismində tətbiq edilməsi üçün nəzərdə tutulan rezin güllə atan tapança və bıçaq, sellofan torba, tibbi maska və əlcəklə təchiz edilmiş vəziyyətdə mağazaya daxil olub, digər təqsirləndirilən isə kənar şəxs gələcəyi halda məlumat vermək məqsədilə qapının qarşısında dayanmaqla cinayət əməlinin başa çatdırılmasını gözləyib. Şəxs ümumi dəyəri 46 min manatdan çox qiymətləndirilən müxtəlif növ qızıl-zinət əşyalarını sellofan torbaya yığıb və mağazanı tərk etdikdə, mağaza sahibi onları görüb. Mağazanın sahibi talandığını aşkar edərək qrupdan əşyaların geri qaytarılmasına çalışıb, lakin qrup üzvləri hadisə yerindən qaçıb. Zərərçəkmiş nəqliyyat vasitəsilə qrupu izləyib, təqsirləndirilən izləndiyini görüb əşyaları köməkçiyə verərək yollarını ayırıblar. Zərərçəkmiş əşyaların icraçıda olduğunu zənn edərək təqibi davam etdirib, iki dəfə yolunu kəsib və hər 2 halda icraçı üzərindəki tapança ilə hədə-qorxu gələrək hadisə yerini tərk etməyə müvəffəq olub.

Birinci instansiya məhkəməsi mağazadan qızıl-zinyət əşyalarını götürməkdə ifadə olunan əməli soyğunçuluq, yolda tapança ilə edilmiş hədəni özünü təqib edəndən qurtarmaq kimi qiymətləndirərək, əməli quldurluqdan soyğunçuluğa tövsif edib. Belə ki, təqsirləndirilən şəxs 180.2.1, 180.2.3, 180.2.5 və 170.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il 11 ay, digəri isə 180.2.1,180.2.3 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və 11 ay müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.

Ali Məhkəmənin mövqeyi:

İcraçının tapança ilə edilmiş hədəsi özünü təqib edəndən qurtarmaq kimi deyil, əmlakın qabaqcadan əlbir olan cinayətkar qrupun digər üzvünün (deməli, həm də həmin qrupun üzvü kimi onun özünün) əlində saxlamaq, beləliklə də təqibdən qurtulmaqla fiziki olaraq ələ keçirilən əmlak üzərində sərəncam vermək üçün real (istədiyi kimi həyata keçirilə bilən) imkan əldə etmək cəhdi kimi çıxış edir. Belə olan halda (nə qədər ki, silah qismində istifadə edilən tapança təqib davam etdirildiyi, yəni əmlak üzərində sərəncam vermək imkanı əldə olunmadığı vəziyyətdə zərərçəkmiş şəxsə qarşı tətbiq edilib), bu hərəkət (tapança ilə hədələmə) soyğunçuluq cinayəti başa çatmayan hərəkət kimi qiymətləndirilməlidir.

Məhkəmələrin soyğunçuluq cinayətinin başa çatmış olması haqqında nəticəyə gələrkən həlledici şəkildə istinad etdikləri fakt - ələ keçirilmiş əmlakın sonrakı gedişatda artıq təqib olunmayan köməkçidə olub, fiziki olaraq icraçıda (təqib olunanda) olmaması, əslində araşdırılan cinayətin törədilmə hallarına görə əmlak üzərində sərəncam vermək imkanının əldə edilib-edilməməsi məsələsinin həlli baxımından mühüm əhəmiyyətli xüsusat, əməlin soyğunçuluq kimi tövsifini şərtləndirən hal kimi qiymətləndirilə bilməzdi.

Misal üçün oğurluq və yaxud soyğunçuluq edərkən aşkarlanaraq təqib olunan şəxs fürsət tapıb (təqib edən şəxsin bütöv təqib boyu onu müşahidə edə bilməməsindən istifadə edərək) ələ keçirdiyi qızıl-zinət əşyasını təqibdən qurtulduqdan sonra gəlib götürmək məqsədi ilə qarşısına çıxan hasarın arxasına atırsa və yaxud ağacın budaqları arasında gizlədirsə, bu halda da ələ keçirilmiş əmlak təqibin sonrakı gedişatında cinayət törətmiş şəxsin üzərində fiziki olaraq mövcud olmur. Lakin buna baxmayaraq, sonrakı gedişatda təqib edənə qarşı həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıq və ya belə zorakılıq tətbiq etmə hədəsi işlədildikdə, artıq belə hərəkət müstəsna olaraq təqibdən özünü qurtarmaq üçün deyil, təqibdən qurtulmaqla bərabər həm də əmlaka çatımlığı (quldurluqla da olsa, cinayəti başa çatdırmaq və bu yolla əmlak üzərində sərəncam vermək imkanının əldə olunmasını) təmin etmək üçün istifadə edilən davranış kimi çıxış edir.

Baxılan işdə də icraçı tapançadan atəş açacağı ilə zərərçəkmiş mağaza sahibini (təqib edəni) hədələyərkən qızıl-zinət əşyalarının fiziki olaraq onun üzərində olmaması işlədilən hədənin hüquqi mənasını dəyişən faktor kimi çıxış etmir, çünki başlanğıcından sonunadək (mağazanın qarşısında icraçı mülkiyyətçi ilə üzə-üzə gəldikdən sonra icraçının mülkiyyətçini ikinci dəfə tapança ilə hədələyib ondan qaçıb qurtulmasınadək) icraçının və köməkçinin davranışları (icraçının mağazanın önündən qaçaraq qızıl-zinət əşyaları olan torbanı köməkçiyə verməsi, təqib olunarkən əvvəlcə birlikdə, daha sonra müxtəlif istiqamətlərə qaçmaları, mülkiyyətçi yaxınlaşdığı hər iki halda icraçının onu tapança ilə hədələməsi) əmlakın cinayətkar qrupun əlində saxlanılaraq onun üzərində sərəncam vermək imkanının əldə olunmasına xidmət edən qabaqcadan və hadisənin gedişatına görə onun axarında razılaşdırılmış hərəkətlər kompleksi kimi özünü göstərir.

Belə vəziyyətdə birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin əslində başlanğıcında oğurluq kimi təzahür edən, ortada soyğunçuluğa keçən, sonda özgə əmlakının cinayətkar qrupun əlində saxlanılması (o cümlədən icraçının əmlaka çatımlığının təmin edilməsi) üçün zərərçəkmişə qarşı tapançadan atəş açma hədəsi ilə müşayiət edilən hərəkətlərin qiymətləndirilməsi (hüquqi tövsifi baxımından) həlledici olmayan faktlardan (hədə işlədildiyi anda qızıl-zinət əşyaları olan torbanın təqib olunan və hədəni işlədən icraçıda deyil, başqa səmtdə qaçdığı üçün təqib olunmayan köməkçidə olmasından) çıxış etməklə icraçının əşyalar olan torbanı köməkçiyə verməsi və sonuncunun qaçması ilə əmlak üzərində sərəncam vermək imkanının əldə olunması (müvafiq olaraq da soyğunçuluq cinayətinin başa çatması), icraçının tapança ilə zərərçəkmişi hədələməsinin isə soyğunçuluq cinayəti başa çatdıqdan sonra baş verməsi (müvafiq olaraq da əhəmiyyətsiz hal olmaqla əməlin quldurluq kimi tövsif edilməsi üçün əsas verməməsi) haqqında nəticələr çıxarmaları düzgün – sübutların məzmunu və işin həqiqi halları ilə uzlaşan mövqe kimi qəbul edilə bilməz. İcraçının öz hədələrini qabaqcadan əlbir olan qrup tərəfindən özgə əmlakı üzərində istədikləri kimi sərəncam vermək imkanı əldə olunmadığı vəziyyətdə (qrupun mənafeyi üçün) işlətməsi nəzərə alındıqda, əməlin hüquqi tövsifi baxımından hədənin xarakterinin (həyat və ya sağlamlıq üçün təhlükəli olub-olmamasının) dəqiq müəyyən edilməsinin nə qədər əhəmiyyətli olduğu açıq-aşkar görünür.

Ali Məhkəmə zərərçəkmiş şəxsin məhkəmədə dindirilərkən icraçının onu tapança ilə hədələdikdə bundan qorxmamasını bildirməsinə diqqəti çəkərək onu qeyd edib ki, özü-özlüyündə bu hal hədənin həyat və ya sağlamlıq üçün təhlükə kəsb etməməsi barədə nəticə çıxarmaq üçün əsas vermir. Çünki şəxsin ona qarşı yönəlmiş hərəkətdən qorxmaması, qəsdin təhlükəli olmamasından deyil, onun özünün cəsarətli, özgüvənli olması kimi keyfiyyətlərindən irəli gələ bilər ki, belə hallarda da qəsdin hansı xarakterdə olması obyektiv hallara (misal üçün, silah qismində istifadə edilən əşyanın xarakteristikasına, hücumun intensivliyinə), habelə cinayət törədən şəxsin öz hərəkətlərinə subyektiv münasibətinə görə qiymətləndirilməlidir.

Qeyd edilənləri nəzərə alaraq, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını yeni baxışa göndərib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO