ALİ MƏHKƏMƏ ÜÇÜN İNZİBATİ BİNA TİKİLƏCƏK
Azərbaycan Respublikası Ali Məhkəməsindən AZƏRTAC-a bildirmişlər ki, ədalət mühakiməsinin yüksək səviyyədə, beynəlxalq standartlara uyğun şəraitdə aparılmasını təmin etmək məqsədi ilə Azərbaycan Prezidentinin tapşırığına əsasən, Respublika Nazirlər Kabinetinin sərəncamı ilə Ali Məhkəmə üçün yeni, müasir inzibati binanın inşa edilməsi məqsədilə Bakı şəhəri Yusif Səfərov küçəsində geniş torpaq sahəsi ayrılmış, binanın layihə-smeta sənədləri hazırlanmış, tikintini aparan təşkilat müsabiqə yolu ilə müəyyən edilmişdir.
Ayrılmış torpaq sahəsində binanın tikintisi üçün hazırlıq işləri aparılır.